Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Santa Klara” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
Uzun müddət idi oynamayan Nəsirov da bu matçın iştirakçısı olub. O, görüşün 69-cu dəqiqəsində meydana buraxılıb.
"Sportinq" hazırda 31 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.