"Neftçi” martın 14-də Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ” klubu ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək.
"Neftçi" Ağdam təmsilçisi ilə indiyədək 70 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 18-də flaqman, 27-də "Qarabağ" qələbə qazanıb. 25 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin xeyrinədi – 77:63.
Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, "Neftçi" hər iki görüşdə meydanı məğlub tərk edib. "Bakcell Arena”da 1:3, "Azərsun Arena”da isə 0:1 hesabı qeydə alınıb.