Topaz Premyer Liqasının 20-ci turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” bu oyuna ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi “ağ-qaralar”la matçda əsas üzvlərindən Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək. Premyer Liqanın 19-cu turunun “Zirə” ilə ev matçında (2:0), oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan ispan futbolçu cəzalı vəziyyətə düşüb. Miçel cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.
“Neftçi” - “Qarabağ” oyunu martın 14-də keçiriləcək.