Nazarovun komandası heç-heçə etdi

12:31 12 Mart 2018

Almaniya İkinci Bundesliqasında 26-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Yunion Berlin”lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Nazarov qarşılaşmaya start heyətində çıxıb və sonadək meydanda olub.

 

26 oyundan sonra hesabında 30 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti