Futbol üzrə Kosovo çempionatında 22-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Drita" səfərdə “Trepça 89”-la qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Amit 80-ci dəqiqədə əvəzlənib.
"Drita” 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.