U-17 Liqası: Mərkəzi oyun «İnter Arena»da olacaq

10:56 12 Mart 2018

Bu gün «Bakcell U-17 Liqası»nda 24-cü turun oyunları keçiriləcək. Turun mərkəzi oyununda lider «Qəbələ» «İnter Arena»nın 4-cü meydanında 2-ci pillənin sahibi «Keşlə»nin qonağı olacaq. Bu komandalar arasında 14 xal fərqin olmasına baxmayaraq, birinciliyin ən güclü komandalarından olan «Keşlə» və «Qəbələ»nin oyununun kifayət qədər maraqlı keçəcəyi gözlənilir.

 

24-cü tur çərçivəsində keçiriləcək oyunları nəzərinizə çatdırırıq:

 

12 mart (bazar ertəsi):

13:00 «Səbail» - «Sumqayıt»

(«Bayıl Arena»)

 

13:00 «Keşlə» - «Qəbələ»

(«İnter Arena»)

 

14:00 «Xəzər Lənkəran» - «Qarabağ»

(Lənkəran şəhər stadionu)

 

14:00 «Ağsu» - «Kəpəz»

(Ağsu şəhər stadionu)

 

14:00 «Neftçi» İK İB – «Mil Muğan»

(Lökbatan OİK-nin stadionu)

 

15:00 «Neftçi» - «Zirə»

(Binə qəsəbə stadionu)

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti