İngiltərə futbolu şokda - Keyn DÇ-2018-i buraxacaq?

17:57 12 Mart 2018

 

“Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn bu il Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Bornmut”la səfər oyununun (1:4) 34-cü dəqiqəsində rəqib qolkiper Asmir Beqoviçlə toqquşaraq zədələnən Keyn, erkən əvəzlənib. Dizindən zədə alan 24 yaşlı futbolçu uzun müddət kənarda qala bilər. Bu barədə məlumatı “Reuters” yayıb.

 

Futbolçunun vəziyyətinə tam aydınlıq gəlməyib. Ancaq həkimlərin ilkin müayinəsinə əsasən, hücumçunun zədəsi ciddidi. Bu ehtimal özünü doğrultsa, forvard mundialdan kənarda qalacaq.

 

Xatırladaq ki, cari mövsümdə 24 qola imza atmış Keyn, “Liverpul”lu Məhəmməd Salahla birgə bombardirlərin siyahısına başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti