FİFA Yunanıstan futbolunda baş verən zorakılıq halları ilə bağlı narahatlıq keçirir.
Sportarena.az xəbər verir ki, FİFA AEK-PAOK qarşılaşmasında baş verən ixtişaşlardan sonra Yunanıstana xəbərdarlıq edib. Ali futbol qurumu futbol oyunlarında zorakılığa son qoyulmasına çağırıb. FİFA bildirib ki, əks halda, Yunanıstan bütün beynəlxalq turnirlərdən uzaqlaşdırılacaq.
AEK-PAOK qarşılaşmasında qonaqların vurduğu qol hesaba alınmayandan sonra, PAOK-un prezidenti İvan Savvidi meydana tapança ilə girərək, hakimləri hədələmişdi.
Bu olaydan sonra Yunanıstan hakimiyyəti ölkə çempionatının oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.