AFFA Divizion klublarının cəzalarını açıqladı

14:21 14 Mart 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Birinci divizionun 17-ci turunun “Zaqatala” - “Xəzər” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+2-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

 

Birinci divizionun 17-ci turunun “Şüvəlan” - “Mil-Muğan” matçında “Şüvəlan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 35-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti