Futbol üzrə Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də bu turnirdə növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Limassol “Apollon”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb.
Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 41-ci dəqiqədə əvəzlənib.
Bu iki komanda arasındakı cavab qarşılaşması aprelin 11-də keçiriləcək.