İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında növbəti uğura imza atıb.
Sportarena.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində bir komandanın heyətində vurduğu qolların sayını 100-ə çatdırıb. Argentinalı futbolçu ÇL-in 1/8 finalında İngiltərə çempionu “Çelsi” ilə baş tutan cavab matçında dubla imza atıb. Nəticədə o, bu turnirdə 100 qol həddinə çatan ikinci futbolçu kimi tarixə düşüb.
Xatırladaq ki, ÇL-də ilk belə uğura “Real”ın hücumçusu Kristiano Ronaldo imza atıb.