Futzal üzrə Azərbaycan millisinin üzvü Fineo Araujonun yeni komandası müəyyənləşib.
Sportarena.Az xəbər verir ki, futzalçı Çinin Super Liqasında çıxış edən “Zhuhai” klubu ilə anlaşıb. Anlaşmanın müddəti mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Fineo buna qədər kareyrasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirib. O, ötən ilin dekabrında bu komandadan ayrılıb və son 3 ayda klubsuz idi.