“Zirə”nin futbolçusu Fil Dişi Sahili ilə oyuna dəvət aldı

22:35 15 Mart 2018

“Zirə”nin moldovalı futbolçusu Aleksandr Dedov ölkəsinin milli komandasından dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı hücumçu Fil Dişi Sahili yığmasıya martın 27-də keçiriləcək yoldaşlıq görüşünə çağırılıb. Bu matç Fransada, paytaxt Parisin yaxınlığında olan Bovada keçiriləcək. Dedov bu gün millisinin düşərgəsinə yollanıb.

 

Aleksandr “Zirə”yə qış fasiləsində gələndən sonra ilk dəfə milliyə dəvət alıb. Onun son oyunu bu ilin yanvarın 30-da Antalyada millimizə qarşı olub.

 

Xatırladaq ki, Aleksandr "Zirə"də 2-ci qolunu dünən Topaz Premyer Liqasının 20-ci turunda "Səbail"ə vurub. Həmin oyunda ona rəqib olan həmyerlisi Yevgeni Koçuk isə millidən dəvət almayıb.


Digər xəbərlər

Xəbər xətti