MOİK-in cəzalı futbolçusu "Binə"yə qarşı 90 dəqiqə oynadı - FOTOLAR

12:56 16 Mart 2018

Birinci Divizionun 18-ci turu çərçivəsində keçirilən MOİK - "Binə" matçında ev sahiblərinin heyətində cəzalı futbolçu çıxış edib.

 

Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə ev sahiblərinin 77 nömrəli futbolçusu Bəhruz Teymurov 17-ci turda "Sabah"la görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran 24 yaşlı yarımmüdafiəçi "Binə" ilə görüşdə 90 dəqiqə meydanda olub.

 

Teymurov "Sabah"la görüşdən əvvəl 2-ci turda "Zaqatala", 6-cı turda "Ağsu", 12-ci turda "Şüvəlan"la görüşlərdə də hakimlər tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.



Digər xəbərlər

Xəbər xətti