“Yuventus”un qapıçısı Canluici Buffon qocalmaq niyyətində deyil.
Sportarena.az xəbər verir ki, İtaliya yığmasının müvəqqəti baş məşqçisi Luici Di Byaco İngiltərə və Argentina ilə keçiriləcək yoxlama oyunları üçün heyəti açıqlayıb. Məşqçi “Yuventus”un qapıçısı Canluici Buffona da dəvət göndərib. Buffon DÇ-2108-in seçmə mərhələsindən sonra yığma karyerasını bitirdiyini bildirmişdi.
Ancaq o, sonradan fikrini dəyişərək, yığmaya qayıda biləcəyini demişdi. Buffon İtaliya yığmasında 175 oyun keçirib, 140 qol buraxıb.