"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture Kot-d`İvuar millisinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, 34 yaşlı futbolçu Toqo və moldova ilə yoldaşlıq görüşlərində meydana çıxa bilər. Millidə 2004-cü ildə debüt edən Ture 2016-cı ilin sentyabrında karyerasını başa vurduğunu elan etmişdi.
Amma 2017-ci ilin dekabrında təcrübəli havbek fikrindən daşındı.