Batşuayi "Borussiya"nın tarixinə düşdü

16:50 19 Mart 2018

Dortmund “Borussiya”sının hücumçusu Mişi Batşuayi klub rekordunu təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, Almaniya Bundesliqasının 27-ci turunda doğma meydanda “Hannover”i minimal hesabla məğlub edən “sarı-qaralar”ın yeganə qoluna belçikalı hücumçu imza atıb. Batşuayi bu qolla klub rekordunu yeniləyib. Belə ki, forvard Dortmund təmsilçisinin heyətində Bundesliqada keçirdiyi 7 oyunda 6-cı qoluna imza ataraq, Fridxel Konitskanın 1963-cü ildəki nəticəsini təkrarlayıb.

 

Xatırladaq ki, Batşuayi yanvarda “Çelsi”dən mövsümün sonuna kimi icarəyə götürülüb.


Digər xəbərlər

Xəbər xətti