16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.
Sportarena.az xəbər verir ki, U-16-nın "sükanı" Azər Məmmədova həvalə olunub.
Futbolçu kimi "Şəmkir", "Kəpəz", "Turan", MOİK, "Xəzri", "Qarabağ" və "Qəbələ"də top qovmuş Məmmədov, məşqçi kimi "Kəpəz"in aşağı qruplarında çalışıb.