Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
“Ersgebirge” geridə qalan turlarda topladığı 33 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.