“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah cari mövsümdə sərgilədiyi oyunla diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 31-ci turunda keçirilmiş “Uotford”la ev oyununda (5:0) rəqib qapısından 4 top keçirərək, cari mövsümdə vurduğu qolların sayını 28-ə çatdıran Salah, bir qol da vursa, rekord yeniləyəcək.
Məhəmməd çempionatda daha bir dəfə fərqlənsə, Premyer Liqada ən çox qol vuran afrikalı futbolçu ünvanına ortaq olacaq. Belə ki, hazırda bu rekorda Fil Dişi Sahili millisinin və “Çelsi”nin sabiq futbolçusu Didye Droqba sahibdi. Droqba 2009/10 mövsümünü 29 qolla başa vurmuşdu.