AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:
Birinci divizionun 19-cu turunun “Ağsu” - “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Birinci divizionun 19-cu turunun “Turan Tovuz” - “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub.
Birinci divizionun 19-cu turunun “Sabah” - “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə”nin futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Birinci divizionun 19-cu turunun “Xəzər” - “Mil-Muğan” matçının 80-ci dəqiqəsində “Mil-Muğan”ın Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.