Millimizin hücumçusu Amil Yunanov Belarusla oyundan öncə keçirilən brifinqdə iştirak edib.
Sportarena.az xəbər verir ki, “Sumqayıt”ın forvardı yığmada möhkəmlənmək istədiyini vurğulayıb:
- Yığmaya dəvət alacağınıza inamınız var idi?
- Əlbəttə, inam var idi. Çünki çempionat oyunlarında yaxşı çıxış edirdim. Çalışacam ki, əlimə düşən fürsəti maksimum dəyərləndirim.
- Ramil Şeydayev və Mahir Mədətov hazırda U-21-in düşərgəsindədi. Bu isə sizin üçün yaxşı şans deməkdi…
- Əlbəttə, millidə olmaq hər bir futbolçu üçün şansdı. Həm çempionat, həm də yığmanın oyunlarında özümü ən yaxşı tərəfdən göstərməliyəm. Mən millidə oynamaq istəyirəm.
- Sabah rəqibiniz olacaq Belarus yığması haqda fikriniz necədi?
- Çətin rəqibdi. Amma evdə oynayırıq. Buna görə də, qələbə qazanmağa çalışacağıq.
- Belarusla Makedoniya yığması arasında nə kimi fərq görürsüz? Hansı daha güclüdü?
- Makedoniyanı daha üstün tuturam. Amma Belarusun da oyununa baxmışıq. Yaxşı komandadı.
- Həyəcan millidə özünüzü göstərməyə mane ola bilərmi?
- Həyəcanlı olmağım normaldı. Çalışacam ki, onu aradan qaldırım və bütün fikrimi oyuna yönəldim.