"Neftçi"dən bayram ziyarəti

15:19 23 Mart 2018

"Neftçi”nin rəhbərliyi, məşqçi və futbolçu heyəti "Autizmlilər” İdman Klubu İctimai Birliyini ziyarət edib.
 
Sportarena.az xəbər verir ki, autizmli uşaqlar və onların müəllimlərinə, eyni zamanda klubun rəhbərliyinə Novruz bayramı münasibətilə "Neftçi” adından təbriklər çatdırılıb.
 
Tədbirdə iştirak edən "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev bayram günlərində baş tutan ziyarətdən məmnunluq ifadə edib, kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra "Neftçi” komandasının üzvləri uşaqlarla birgə yaşıl meydanda futbol oynayıb, qapıya zərbələr vurublar.
 
Tədbirin sonunda "Autizmlilər” İdman Klubu İctimai Birliyinin direktoru Elnur Məmmədli "Neftçi” klubuna diqqətə görə təşəkkür edib.
 


Digər xəbərlər

Xəbər xətti