Millimizin üzvünün zədəsi nə vaxt sağalacaq?

16:32 23 Mart 2018

Zədə səbəbindən Azərbaycan yığmasının toplanışına qatıla bilməyən “Samsunspor”un müdafiəçisi Ufuk Budakın nə vaxt sıraya dönəcəyi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun həkimi Mehmet Özdən məlumat verib. O, digər futbolçularla müqayisədə Ufukun gec sağalacağını deyib. 28 yaşlı müdafiəçi “Adanaspor”la matçı da buraxmalı olacaq. Lakin Ufuk növbəti oyunda, “İstanbulspor”la qarşılaşmada meydana çıxa biləcək.

 

Qeyd edək ki, Ufuk Budak martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisinə dəvət almışdı.


Digər xəbərlər

Xəbər xətti