İtaliyabı "İnter" klubunun kapitanı Mauro İkardi üçün daha bir təklif gəlib.
Sportarena.az xəbər verir ki, Avropa nəhənglərinin nəbz yoxladığı forvarda bu dəfə İngiltərənin "Çelsi" klubu "elçi düşüb". London təmsilçisi bunun üçün Milan klubuna 63 milyon avroluq təklif göndərib. "İnter" bu təklifə münasibət bildirməyib. İtaliya mətbuatında gəzən xəbərə görə, Seriya A təmsilçisi argentinalı forvardı daha bahalı qiymətə satmağa razı ola bilər.
Qeyd edək ki, 25 yaşlı forvard 2013-cü ildən "İnter"də çıxış edir.