Araz Abdullayevlə Elvin Yunuszadənin Qurban Qurbanov tərəfindən hansı səbəbə görə cəzalandırılması məlum olub.
Sportarena.az xəbər verir ki, oteldə eyni otaqda qalan hər iki futbolçu yatıb yuxuya qalıblar. Buna görə də oyun öncəsi Qurban Qurbanovun keçirdiyi iclasa vaxtında çata bilməyiblər və bir qədər gecikiblər.
Qurbanov da məhz bu səbəbdən hər iki futbolçunun adını oyunun "18-liy"dən çıxardıb. (haqqın.az)