Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoxlama matçının hakimləri məlum olub.
Sportarena.az xəbər verir ki, Makedoniya ilə oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Matçın əsas hakimi Halis Özkahya olacaq. Kemal Yılmaz və Kerem Ersoy köməkçi hakimlər kimi fəaliyyət göstərəcək. Dördüncü hakim isə Ali Palabıyık olacaq.
Makedoniya ilə qarşılaşma martın 27-də Antalyadakı “Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.