“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, 29 yaşlı qolkiper millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında Bolqarıstan yığmasına qarşı matçda şans qazanıb. O, meydana start heyətində çıxıb, sona kimi oynayıb. Qarşılaşma bosniyalıların minimal hesablı qələbəsi ilə nəticələnib.
Bununla da, Şehiç ABŞ və Meksika ilə yoldaşlıq görüşlərində olduğu kimi, bu dəfə də, ardıcıl 3-cü qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.