İngiltərə Premyer Liqasında mübarizə aparan "Everton" Türkiyənin "Beşiktaş" klubundan daha bir futbolçunu transfer etmək istəyir.
Sportarena.az xəbər verir ki, Liverpul təmsilçisi "qara qartallar"ın yarımmüdafiəçisi Oğuzhan Özyakupa göz dikib. Bu barədə "The Sun" nəşri məlumat yayıb. "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq Türkiyə millisinin üzvü yekun qərar verməyib.
Xatırladaq ki, "Everton" qış fasiləsində "Beşiktaş"dan Cenk Tosunu 22+6 milyon avroya transfer etmişdi.