Yunanıstan futbolunda qalmaqallar bitmək bilmir.
Sportarena.az xəbər verir ki, PAOK-dan sonra "Olympiakos"un da başı dərddədir. Məsələ burasındadır ki, "Olympiakos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır. İngiltərənin "Nottinqem Forest" klubunun da sahibi olan Marinakisin 3 nəfərlə birlikdə bu işdə əli olduğu vurğulanıb.
Narkotik maddə istehsalında və onların satışında təqsirkar bilinən "Olympiakios"un sahibi istintaqa cəlb olunub. Məhkəmə qərarı açıqlayana qədər onun ölkəni tərk etməsi qadağandı.