U-15 Liqası: "Kəpəz"dən möhtəşəm qələbə

17:19 25 Mart 2018

Dünən “Boulevard U-15 Liqası"nda 22-ci turdan təxirə düşmüş 1 oyun keçirilib. Gəncə şəhəri TİM-nin meydanının yağış səbəbindən bərbad durumda olması üzündən ertələnən «Kəpəz» - «Neftçi» oyunu elə həmin stadionda baş tutub. Oyun «Kəpəz»in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İlham Səmədovun yetirmələri 1-ci hissədə rəqibi 2 dəfə məyus ediblər. Hər iki halda Ümid Səmədovdan ötürmə alan Sənan Əliyev fərqlənib. Fasildən sonra gəncəlilər Rəşid Zeynalov və Cavad Kərimovun ifasında daha 2 qol vuraraq böyük hesablı qələbə qazanıblar.

 

Qələbə sayəsində xal ehtiyatını 33-ə çatdıran «Kəpəz» 7-ci pilləyə yüksəlib. İndi Gəncə təmsilçisini «Neftçi»dən cəmi 3 xal ayırır. «Neftçi» isə məğlubiyyət üzündən «Keşlə» və «Qarabağ»ı haqlamaq imkanını əldən verib.

 

U-15 Liqasında 23-cü turun oyunları martın 31-i və aprelin 1-də keçiriləcək: «Turan» - «Zaqatala», «Vətən» - «Zirə», «Viləş» - İsgəndər Cavadov BFA, «Səbail» - «Keşlə», «Qəbələ» - İOEUGİM (Sumqayıt), «Qarabağ» - «Kəpəz», «Neftçi» - «Neftçi» İK İB.

 

Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 24 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Xəbər xətti