21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda baş tutacaq Türkiyə - Malta oyunu azərbaycanlı hakimlər briqadasına həvalə edilib.
Sportarena.az xəbər verir ki, martın 27-də keçiriləcək matçın baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.