Tuxel "Bavariya"nın təklifini rədd etdi

18:27 25 Mart 2018

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatacaq Yupp Haynkesin əvəzinə baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi baş məşqçi postuna son olaraq Dortmund "Borussiya"sını çalışdıran Tomas Tuxel gətirmək istəyib. Lakin mütəxəssis bu təklifi geri çevirib. 44 yaşlı baş məşqçi Bundesliqada çalışmaq istəmədiyi üçün belə qərar verib. Tuxel Avropada böyük komandaların birində işləmək niyyətindədir.

 

Qeyd edək ki, Tomas Tuxel ötən ildən işsizdir.


Digər xəbərlər

Xəbər xətti