"Fənərbaxça" onu "Zenit"ə qaytarır

16:46 26 Mart 2018

Mövsümün sonunda “Fənərbaxça”dan göndəriləcək ilk futbolçunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu mövsümün əvvəlində “Zenit”dən icarəyə götürdüyü Luiş Netunun transfer hüququna yiyələnməyəcək. Portuqaliyalı müdafiəçinin çıxışı komandanın baş məşqçisi Aykut Kocamanı qane etməyib. Bu səbəbdən müqavilənin bəndində olan 3,5 milyon avroluq satış müqaviləsi istifadə edilməyəcək.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu “Fənərbaxça”da 15 rəsmi matça çıxıb. Netunun “Zenit”lə 2019-cu ilə kimi müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti