"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo istefaya göndərilə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "Le 10 Sport" nəşri yazıb. Bildirilir ki, Mourinyo yaxın günlərdə postunu tərk edəcək.
Onun komandada bir neçə futbolçu ilə münasibətinin pozulduğu bildirilir. Bu baxımdan portuqaliyalı mütəxəssisin postundan qovulması real görünür.