İngilis futbolçu Dünya çempionatına cangüdənlə gedəcək

18:16 26 Mart 2018

İngiltərə yığmasının futbolçularından biri Rusiyada keçiriləcək dünya çempionatına cangüdənlə yollanacaq. 

 

Sportarena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan həmin oyunçu yerli futbol federasiyasına bununla bağlı müraciət edib.  Mundial zamanı onu qoruyacaq cangüdən hər saatına 40 funt-sterlinq alacaq. Ümumilikdə futbolçu təhlükəsizlik xidməti üçün 7 min funt-sterlinq ödəməlidi. Federasiya isə bu məbləği qarşılamayacağını bildirib.

 

Qeyd edək ki, İngiltərə yığması dünya çempionatında Belçika, Panama və Tunislə bir qrupda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti