Qurban Qurbanov: “Belarusa məğlubiyyətdən sonra uşaqlarda bir az psixoloji gərginlik var idi"

21:37 26 Mart 2018

Futbol üzrə milli komandamız Antalyada Makedoniya ilə yoldaşlıq oyunu öncəsi son məşqini keçib.

 

Sportarena.az xəbər verir ki, “CBC Sport”a açıqlama verən yığmamızın baş məşqçisi Qurban Qurbanov Belarusla matçdan sonra futbolçularda bir az psixoloji gərginlik olduğunu deyib:

 

“Belarusa məğlubiyyətdən sonra uşaqlarda bir az psixoloji gərginlik var idi. Danışdıq ki, futbolda belə nəticələr olur. Buna hazır olmalıyıq. Nəticə öz yerində, bu gün çalışmalıyıq ki, bir neçə çatışmayan cəhətlərimiz var, bunu aradan qaldıraq. Uşaqlar hamısı istəklidi. Hamısı oynamağa hazırdılar”.


Digər xəbərlər

Xəbər xətti