Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar qalmaqal bu gedişlə qarşıdakı dünya çempionatına da təsirsiz ötüşməyəcək.
Sportarena.az xəbər verir ki, artıq İslandiya hökuməti bu baxımdan ilk addımı atıb. Belə ki, Rusiya ilə siyasi müstəvidə ikili dialoqu donduran İslandiya DÇ-2018-lə də bağlı gözlənilməz qərar qəbul edib. Belə ki, İslandiya hökuməti qarşıdakı mundialı “diplomatik” olaraq boykot etdiklərini açıqlayıblar.