Martın 26-da «Bakcell U-17 Liqası»nda 25-ci turun oyunları keçirilib. Qəbələdə baş tutan turun mərkəzi oyunlarından birində meydan sahibləri qələbə qazanıblar. Medallar uğrunda mübarizə aparan «Qarabağ»la «Neftçi»nin oyununda isə qonaqlar qalib olublar. Maraqlıdır ki, 6 oyunun heç birində heç-heçə qeydə alınmayıb. Digər maraqlı fakt «Keşlə»nin «Mil Muğan» üzərində qələbəsində vurulan qolların müəlliflərinin hamısının 2002-ci il təvəllüdlü futbolçular olmasıdır.
«Zirə» - «Ağsu» 4:0
Qollar: Allahyar İsgəndərov, 23; Xanlar Nəsibov, 29; Seyxan Fərəcov, 32; Rəvan Babazadə, 52.
«Mil Muğan» - «Keşlə» 0:4
Qollar: Samir Abdullayev, 5; Ridan Babayev, 17; Cavid Vəlizadə, 27, 89 (pen.).
«Qəbələ» - «Səbail» 2:1
Qollar: Təbriz İsazadə, 57; İbrahim Camalov, 62 – Elşad Tağıyev, 32.
«Kəpəz» - «Neftçi» İK İB 6:0
Qollar: Nicat Məmmədov, 1, 73; Babək Mehdiyev, 31, 77; Ayxan Quluzadə, 38 (pen.); Araz Quliyev, 40.
«Qarabağ» - «Neftçi» 0:2
Qollar: Vüsal Əsgərov, 44; Valeh Qəhrəmanov, 78.
«Sumqayıt» - «Xəzər Lənkəran» 2:1
Oyunun protokolunu vaxtında əldə edə bilmədiymiz üçün qolların müəlliflərini təqdim edə bilmirik.
Bombardirər: Nicat Musayev («Neftçi»), İbrahim Camalov («Qəbələ») – 21 qol.
U-17 Liqasında 26-cı turun oyunları aprelin 2-də keçiriləcək: «Zirə» - «Kəpəz», «Ağsu» - «Qarabağ», «Neftçi» - «Sumqayıt», «Xəzər Lənkəran» - «Qəbələ», «Səbail» - «Mil Muğan», «Keşlə» - «Neftçi» İK İB.
Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news» qəzetinin layihəsi
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.