Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, gənclər millimiz səfərdə İrlandiya yığması ilə üz-üzə gəlib. Komandamız sonuncu dəqiqələrdə qapısında qol görərək Dublin səfərindən xalsız qayıdıb.
Hazırda hesabında cəmi 1 xal olan millimiz qrupun aşkar autsayderidi. İrlandiya yığması isə 13 xalla ikinci pillədə qərarlaşıb.
Bu komandalar arasında keçən il Bakıda baş tutmuş görüş 3:1 hesabıyla rəqibin xeyrinə başa çatıb.
U-21 Avropa çempionatının seçmə mərhələsi: 5-ci qrup
27 mart
22:30 İrlandiya - Azərbaycan 1:0
Qol: Sveeney, 90+9
Hakimlər: Filip Glova, Peter Kovaç, Jan Pozor, Pavol Chmura (hamısı Slovakiya)
Dublin. "Tallaqt" stadionu