Renat Dadaşov qardaşının komandasında məşqlərə başladı

18:31 27 Mart 2018

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubundan qovulub.

 

Sportarena.az xəbər verir ki, 18 yaşlı hücumçu qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsinə yollanıb. O, formasını qorumaq üçün paytaxt təmsilçisinin məşqlərinə qatılır.

“Ayntarxt” millimizin üzvünə özünə klub tapması üçün icazə də verib.

 

Qeyd edək ki, Renat Dadaşov “Ayntarxt”ın  U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti