Almeyda millidə ilk qolunu vurdu

22:12 27 Mart 2018

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan millisində ilk qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, milliləşdirilən braziliyalı yarımmüdafiəçi hazırda Makedoniya ilə keçirilən yoldaşlıq oyununda fərqlənib. Antalyadakı “Mardan” stadionunda keçirilən matçın 6-cı dəqiqəsində rəqib qapısına tol tapan Almeyda penaltidən hesabı açıb.

 

2011-ci ildən “Qarabağ”da çıxış edən 29 yaşlı futbolçu ötən il millimizə cəlb olunub. O, komandamızın heyətində keçirdiyi 8-ci oyununda ilk qol sevinci yaşayıb. Almeyda yığmamızın tarixində qol vuran 57-ci oyunçudu. Bu görüşə qədər 56 futbolçumuz rəqib qapısına yol tapıb. Daha 4 dəfə rəqib oyunçular avtoqol müəllifi olublar.

Azərbaycan – Makedoniya matçında ilk hissədən sonra hesab bərabərdi – 1:1.


Digər xəbərlər

Xəbər xətti