AFFA divizion klublarına cəzalar

18:20 28 Mart 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Birinci divizionun 20-ci turunun “Xəzər” - “Turan” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Birinci divizionun 20-ci turunun “Zaqatala” - MOİK matçının 82-ci dəqiqəsində MOİK-in futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb, klub 240 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti