Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Altqlinike” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da futbolçumuz vurub. Belə ki, o, 31-ci dəqiqədə hesabı açıb.
Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdırıb.
"Dinamo" hazırda 46 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.