Futzal üzrə Azərbaycan çempionatının oyunlarının məkanı dəyişdirilib.
Sportarean.az xəbər verir ki, Yüksək Liqada martın 30-da keçiriləcək “Neftçi” İK - “Yasamal” FK, eləcə də martın 29-da və 30-da Birinci Liqada baş tutacaq 20-ci turun oyunları Bakı İdman Sarayında baş tutacaq.
Oyunların əvvəlcədə "Olimpik Star"da keçiriləcəyi nəzərdə tutulmuşdu.