"Qalatasaray"ın mərhum prezidentinin heykəlini dağıtdılar - FOTO

14:29 29 Mart 2018

"Qalatasaray" mərhum prezidenti Özhan Canaydının heykəli naməlum şəxslərin hücumuna məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, klubun Metin Oktay bazası önündə ucaldılan abidədən Canaydının ayağı qoparılıb. Bundan başqa, heykəlin yanındakı aslan fiquru da oğurlanıb. 

 

Qeyd edək ki, Özhan Canaydın 2002 - 2008-ci illərdə "Qalatasaray"ın prezidenti olub. O, 2010-cu ildə 67 yaşında ikən xərçəng xəstəliyindən dünyasını dəyişib.

 


 


Digər xəbərlər

Xəbər xətti