Yunanıstan Super Liqasının AEK-lə ev oyununda meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidinin cəzası bəlli olub.
Sportarena.az xəbər verir ki, yerli futbol federasiyası klub prezidentini 3 illik diskvalifikasiya edib. O, bu müddət ərzində oyunların keçirildiyi arenalara daxil ola bilməz.
Həmçinin, Federasiya tərəfindən Yunanıstan çempionatının oyunları bərpa edilib.