Futbol üzrə Belçika yığmasının və İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Raca Naynqqolan içkili halda avtomobil idarə etdiyi üçün cəzalanıb.
Sportarena.az xəbər verir ki, hadisə ötən il Belçikada baş verib. O, dostu ilə restoranlardan birində yeyib-içdikdən sonra sərxoş halda avtomobil sürdüyü üçün yerli polis tərəfindən saxlanılmışdı.
İnsidentlə bağlı məhkəmə qərarı ötən gün verilib. Təcrübəli futbolçu bu əməlinə görə bir aylıq sürücülük hüququndan məhrum edilib. Məhkəmə Racaya 1600 avro məbləğində cərimə də kəsib.