U-15 Liqası: Tur təxirə düşməsə yaxşıdır

11:18 30 Mart 2018

Bu gün «Viləş» - İsgəndər Cavadov BFA matçı ilə “Boulevard U-15 Liqası"nda 23-cü tur start götürəcək. Bu liqada oyunlar adətən həftəsonu keçirilir. Lakin qonaqların təklifi ilə oyunun keçirilmə vaxtı 1 gün əvvələ çəkilib. Turun digər 6 qarşılaşmasından 4-ü şənbə, 2-i isə bazar gününə təyin olunub. Təbii ki, əgər hava şəraiti ilə bağlı təxirə düşməsə.

 

Həftənin mərkəzi görüşü «Neftçi Baza»da olacaq. İlk «üçlük»də qərarlaşan 2 komandanın oyunu maraqlı mübarizə vəd edir. Eyni zamanda «Səbail» - «Keşlə» və «Qarabağ» - «Kəpəz» matçları da tərəflər üçün xüsusi əhəmiyyət daşıyır.

 

30 mart (cümə)

15:00 «Viləş» - İsgəndər Cavadov BFA

(Masallı şəhəri, Anatoli Banişevski adına stadion)

 

31 mart (şənbə)

13:00 «Vətən» - «Zirə»

(«Neftçi Baza»)

 

13:00 «Səbail» - «Keşlə»

(«Bayıl Arena»)

 

14:00 «Qəbələ» - İOEUGİM

(Qəbələ şəhər stadionu)

 

15:00 «Qarabağ» - «Kəpəz»

(«Sərhədçi OİK-nin meydanı»)

 

1 aprel (bazar)

14:00 «Turan» - «Zaqatala»

(Tovuz şəhər stadionu)

 

15:00 «Neftçi» - «Neftçi» İK İB

(Binə qəsəbə stadionu)

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 24 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol.

 

«Het-trik news» qəzetinin birgə layihəsi


Xəbər xətti