Aleks de Souza "Neftçi"nin oyunlarını izləyəcək

14:30 30 Mart 2018

"Fənərbaxça"nın sabiq futbolçusu Aleks de Souza "Neftçi"nin də qatıldığı İzmir şəhərində təşkil olunacaq "U-12 İzmir Cup" turnirinə qonaq qismində iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, sabiq braziliyalı futbolçu beynəlxalq turnirdə topa ilk toxunuşu endirəcək. O, eyni zamanda oyunları izləyəcək və futbolçulara dəstəyini nümayiş etdirəcək.

 

Turnir aprelin 6-8-də Türkiyənin "Altınordu" klubunun İsmət Orhunbilgə idman kompleksində keçiriləcək.

 

Qeyd edək ki, 21 ölkədən 56 komandanın iştirak edəcəyi turnirdə "Neftçi”nin B qrupundakı rəqibləri "Atletik” (İspaniya), "Sampdoriya” (İtaliya), "Fenerbahçe” (Türkiyə), "Bucaspor” (Türkiyə) və "Brommapoykarna” (İsveç) klublarıdı.


Digər xəbərlər

Xəbər xətti